Mojo.az Banner
17:26 Son günlər kiberdələduzluq halları artıb - DİN  |     17:12 Bakıda TƏHLÜKƏLİ ANLAR - Güclü külək binanın fasadını UÇURTDU (Video)  |     16:56 "Beşiktaş" Azərbaycan millisinin üzvünü transfer etmək istəyir  |     16:38 "Azəriqaz" bayram günü minlərlə insanı necə qazsız qoydu?  |     15:39 Türkiyənin məşhur kanalı bağlandı  |     15:23 Polad Həşimovun doğum günüdür  |     15:16 Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT  |     15:11 Bakıda yardım etdikləri qadını talayan iki şəxs saxlanıldı  |     15:06 Türkiyədə polislərin şəhid olduğu anti-İŞİD əməliyyatı ilə bağlı 26 şübhəli tutuldu  |     15:05 Qarlı və şaxtalı hava avtomobil yollarında hərəkəti çətinləşdirir - Sürücülərə MÜRACİƏT (Video)  |     14:43 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ  |     14:10 Maqnit qasırğasının güclənəcəyi gözlənilir  |     12:57 Leyla Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən paylaşım edib (Video)  |     12:36 Hikmət Hacıyev: "Biz Tramp Administrasiyasının tam dəstəyinə malikik"  |     12:35 Naxçıvan şəhərinin bir hissəsində su olmayacaq  |     12:34 Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?  |     12:33 KİV: Amerikalı aktyor Uill Smit cinsi təcavüzdə ittiham olunub  |     12:32 Məşhur Almaniya şirkətinin avtomobillərində ciddi qüsurlar aşkarlandı  |     12:31 "iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı  |     12:30 Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? (Video)  |    
Left Banner
Right Banner

Prezident: “Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”

17.10.2023 15:23 1 149
Prezident: “Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”
“Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Biz hər zaman onlara (şəhidlərimizə - red.) borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

“Onların (şəhidlərin - red.) qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”, - deyən dövlətimizin başçısı xatırladıb ki, düşmən bütün yüksəklikləri götürmüşdü.

“Buradan istənilən istiqamətə getsən, görərsən ki, hər təpədə, demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də, dünya hərb tarixində olmayıb. Olubsa, qoy bizə desinlər, harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərib”, - Prezident deyib.скачать dle 11.3