İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçi salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab Prezident. Sizi yenidən görməyə çox şadam. Çox şadam ki, VIII Qlobal Forumda iştirak edirsiniz. Biz dəfələrlə görüşmüşük. Həmçinin bu yaxınlarda telefonla tərəfdaşlığımız, əməkdaşlığımız və millətlərimiz arasında sıx dostluq əlaqələri barədə danışmışıq. Ölkələrimiz hər zaman bütün məsələlərdə bir-birini dəstəkləyib. Bu qarşılıqlı dəstək tərəfdaşlığımızı çox xüsusi edir. Mən Azərbaycanın ötən il torpaqlarının azad edilməsi uğrunda apardığı müharibə zamanı dəstəyinizə görə şəxsən Sizə çox minnətdaram. Ölkələrimiz arasında çoxlu oxşarlıqlar var və xalqlarımız bir-birini daha yaxşı tanıyır. Demək olar 50 ildir ki, Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir. Sözsüz, bu elə bir vaxt idi ki, ölkələrimiz müstəqil deyildilər. Lakin biz müstəqillik illərində bu sıx əməkdaşlığı davam etdiririk. Əminəm ki, Sizin səfəriniz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızla bağlı müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Bir daha xoş gəlmisiniz.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dedi:

– Cənab Prezident, dəvətinizə və VIII Bakı Forumunda iştirak etmək və orada çıxış etmək imkanına görə təşəkkür edirəm. Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi var və ümidvaram ki, gələcəkdə biz buna əsaslanaraq dostluq əlaqələrini davam etdirəcəyik. Mən telefon danışığımız zamanı artıq Sizi təbrik etmişəm, lakin indi şəxsən Sizi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə bir daha təbrik etmək istərdim. Siz beynəlxalq hüququn qaydaları çərçivəsində torpaqlarınızın azad edilməsi uğrunda müharibə aparmısınız və hazırda öz ərazinizin bir hissəsini yenidən qurmağa çalışırsınız. Mən hətta müharibə zamanı bu barədə dəfələrlə danışmışam. Ümidvaram ki, biz siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığımızı davam etdirəcəyik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            957 03.11.21 13:40