Yeni virusun daha ağır olması ilə bağlı heç bir sübut yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Yeni virusun daha ağır olması ilə bağlı heç bir sübut yoxdur

Koronavirusun “Delta” ştammının alt növü olan “AY.4.2”nin xəstəliyin daha ağır gedişatına səbəb olması barədə heç bir sübut yoxdur.

Bu barədə Rusiya “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin bildirib.

“Yeni virusun xəstəliyin daha ağır gedişinə, onun anticismlərin fəaliyyətinə davamlı olmasına dair heç bir sübut yoxdur”, - deyə epidemioloq qeyd edib.

Akimkinin sözlərinə görə, bunu Böyük Britaniyanın səhiyyə orqanlarının ilkin təhlilinin nəticələrinə dair nəşri də sübut edir.

“Onlar müəyyən edilmiş yeni gen variantı ilə “Delta” gen variantının bazası arasında xəstəxanaya yerləşdirmədə və ya ölüm riskində fərqin qəti sübutunu göstərmir”, - deyə o qeyd edib.

“AY.4.2” variantı Böyük Britaniyada aşkar edilib. Britaniyalı alimlərin fikrincə, o, “Delta” ştammının 45 alt növündən biridir. London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”-nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyi bildirilib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 02.11.21 15:19