Mojo.az Banner
23:00 Tiktoker Müjgan polisə çağırıldı  |     22:51 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  |     22:46 Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır  |     22:39 İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX  |     22:31 İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək  |     22:27 Hansı ölkədə orta əməkhaqqına daha çox ət almaq olur? - FOTO  |     22:21 Polkovnik Vidadi Orucov vəfat etdi  |     22:13 Yer kürəsində ulduzlara ən yaxın nöqtə hansıdır?  |     22:08 Qırıcılar havaya qalxdı - Trampdan İrana son xəbərdarlıq (Video)  |     22:00 Fatih Ürek vəfat etdi  |     21:55 Universitet müəllimi dünyasını dəyişdi  |     21:48 Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırdı  |     21:42 Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq  |     21:37 "Qarabağ" - "Nyukasl" matçının başlama saatı müəyyənləşdi  |     21:29 Bu üç cihazı elektrik şəbəkəsindən ayırmaq olmaz  |     21:24 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur  |     21:15 "Dəniz" kafesində oğurluq: "Özündə olmayan" usta 125 manat oğurlayıb  |     21:08 Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?  |     21:02 Qanunsuz silah-sursat aşkarlandı  |     20:56 Gəncədə “Mercedes” yandı  |    
Left Banner
Right Banner

Azərbaycan Premyer Liqası: "Zirə" "Keşlə"ni məğlub edib

30.10.2021 18:17 1 239
Azərbaycan Premyer Liqası:
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Günün ilk matçında "Zirə" "Keşlə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub.

Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Zirə" 3-cü pillədəki "Qəbələ"yə çatıb. 7 xala malik "Keşlə" isə 7-ci sırada qərarlaşıb. 90+4-cü dəqiqədə "Keşlə"nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" son çempion "Neftçi" ilə üz-üzə gələcək. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.скачать dle 11.3