Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 İki radio kanalına ümumölkə yerüstü yayımçısı lisenziyası verildi  |     22:53 Hərbi qulluqçumuz intihar etdi: Cinayət işi başlanıldı  |     22:45 Ermənistanda itkin düşən Ruslan Pənahov Azərbaycana təhvil veriləcək - YENİLƏNİB  |     22:39 Martda hansı bürclər evdən daha az çıxıb daha diqqətli olmalıdırlar?  |     22:30 Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA  |     22:19 Metsamor AES İğdırı zəhərləyir  |     22:11 Bakıda 68 yaşlı kişi itkin düşüb  |     21:53 Belçika paytaxtında terror aktının qarşısı alınıb  |     21:46 İntihar edən 13 yaşlı qızla bağlı İDDİA: “Anasının hərəkətindən çox utanırdı”  |     21:38 Azərbaycanda meyit donordan orqan götürülməsi mümkün olacaq? - VİDEO  |     21:30 Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə hökm oxundu  |     21:22 Aİ gələn ildən Ukrayna qazının tranzitindən imtina edəcək  |     21:16 Suraxanıda “Azərsu” əməkdaşı borca görə su borusunu kəsib? - AÇIQLAMA + VİDEO  |     21:08 Bakının bəzi ərazilərində qazın verilişində məhdudiyyətlər olacaq  |     20:53 Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var  |     20:35 Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb  |     20:24 Miqrantların Aİ ölkələrindən deportasiyası artıb  |     20:10 Avropa İttifaqı "Apple"ı külli miqdarda cərimələdi  |     20:08 Bakıda sahibsiz itlərlə hansı qurum mübarizə aparır?  |     20:07 "Neftçi"nin bazasına hücum edənlər CƏZALANDIRILIBLAR  |    

Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib - FOTO

Bakıda tanınmış idmançıların Yaponiyanın “Yüksələn Günəş” ordeni ilə təltifolunma mərasimi keçirilib.

“Report” xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi fəxri mükafatı “Kanokan TT” Peşəkar Cüdo klubunun prezidenti Tərlan Həsənova və həmin növ üzrə milli paralimpiya komandamızın sabiq baş məşqçisi Əhməddin Rəcəbliyə təqdim edib.

Mərasim zamanı səfir qeyd edib ki, bu nüfuzlu mükafatı Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi günlərində təqdim etmək, xüsusilə əlamətdardır: “Ordenlərin təqdim olunması azərbaycanlıların cüdo idman növünə töhfəsinin Yaponiya tərəfindən dəyərləndirildiyini göstərir. Azərbaycan idmançıları sözügedən ordenə 2016-cı ildən bu yana ikinci dəfədir layiq görülür”.

“Kanokan TT” klubunun prezidenti Tərlan Həsənov və qocaman idmançımız Əhməddin Rəcəbli də bu nüfuzlu mükafata görə təşəkkür ediblər.

Qeyd edək ki, “Yüksələn Günəş” ordeni ilə Yaponiya ilə əlaqələrin inkişafında müstəsna xidmətlərə görə əcnəbilər təltif olunur.


скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            330 28.10.21 23:38