Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:24 Miqrantların Aİ ölkələrindən deportasiyası artıb  |     20:10 Avropa İttifaqı "Apple"ı külli miqdarda cərimələdi  |     20:08 Bakıda sahibsiz itlərlə hansı qurum mübarizə aparır?  |     20:07 "Neftçi"nin bazasına hücum edənlər CƏZALANDIRILIBLAR  |     20:01 “Oskar 2024”ün 10 əsas filmi  |     20:01 Kreml alman zabitlərinin səs yazısının yayılmasına münasibət bildirdi  |     19:57 “TikTok”da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)  |     19:49 Masallıda yeraltı qazıntı zamanı boru zədələnib, 800 abonent qazsız qalıb  |     19:40 AEM dərman vasitələrinin idxalı ilə məşğul olanlara xəbərdarlıq edib  |     19:34 "WhatsApp"dan istifadəçilərini SEVİNDİRƏCƏK yeni funksiya gəlir  |     19:28 Əhaliyə şad xəbər - Bu dərmanları pulsuz ala bilərsiniz - RƏSMİ  |     19:21 Od çərşənbəsində gözlənilən hava şəraiti açıqlandı  |     19:14 Coni "Yandex"də birincidir - FOTO  |     19:06 Hüseyn evlənmək üçün bu yola əl atdı - FOTO  |     18:46 "Kubinka"dakı söküntü niyə ləngiyir? - VİDEO  |     18:40 Ukraynada nazirliklərin sayı azaldıla bilər  |     18:34 “Fənərbağça” - “Qalatasaray” matçının saatı dəyişdirildi  |     18:26 Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat aldı  |     17:42 BDU-nun tələbəsi dəm qazından ölüb  |     17:05 Salyan xəstəxanasına baş həkim təyin edildi  |    

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada ukraynalı Andrey Jeliyevə uduzaraq, ikinci yeri tutub.

80 kq-da yarışan və mübarizəyə təsnifat mərhələsindən başlayan Fərid Cabbarov isə bütün rəqiblərinə qalib gələrək çempion olub.

70 kq

1-ci görüş: Rübail İbrahimli - Ferents Şiki (Rumıniya) - 2:1
2-ci görüş: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 1:3
3-cü görüş: Rübail İbrahimli - Alin Kioriki (Moldova) - 3:1
1/2 final: Rübail İbrahimli - Serciu Lupesku (Moldova) - 3:1
Final: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 0:3

80 kq

Təsnifat: Fərid Cabbarov - Konstantin Manea (Rumıniya) - 3:0
1-ci görüş: Fərid Cabbarov - Razvan Pavalaç (Rumıniya) - 3:0
2-ci görüş: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0
3-cü görüş: Fərid Cabbarov - Anton Deyneka (Ukrayna) - 3:0
1/2 final: Fərid Cabbarov - Virgil Qosa (Rumıniya) - 3:0
Final: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0

Qeyd edək ki, ötən gün dünya çempionatında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanıb. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 24.09.21 19:57