Mojo.az Banner
23:01 Tramp İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunu deyib  |     22:55 ABŞ geri çəkildi, İraq ordusu nəzarəti ələ keçirdi  |     22:48 İranda yaşayış məntəqələri ağır silahlarla atəşə tutuldu – VİDEO  |     22:41 "Beauty Derm Estetik"də əməliyyat olundu - Üzü əyildi (Video)  |     22:36 “ChatGPT” də reklam göstərməyə başlayır  |     22:27 6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi  |     22:22 Həkim hər gün kolbasa yeyənlərə xəbərdarlıq etdi  |     22:19 Bu yolda sürət həddi endirildi  |     22:13 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı  |     22:06 Tramp: "İranın yeni lider axtarmasının vaxtıdır"  |     21:58 Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?  |     21:50 Ucardakı qəzada ölən müəllimin FOTOsu  |     21:44 İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq - RƏSMİ  |     21:37 Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı  |     21:28 Xarkov yenidən vuruldu, ciddi zərər dəydi  |     21:22 Azərbaycanda farel balıqlarının qiyməti bahalaşdı - Video  |     21:17 Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var  |     21:11 UEFA milyonlar itirdi  |     21:03 Qırmızı diplomlar tarixə qovuşur?  |     20:57 30 yaşlı kişi toyda bıçaqlandı  |    
Left Banner
Right Banner

Rəqibin burnunu sındıran futbolçuya 48 oyunluq cəza verilib

22.09.2021 20:22 1 176
Rəqibin burnunu sındıran futbolçuya 48 oyunluq cəza verilib
Avstriyada həvəskarlar liqasında çıxış edən "Viktoriya Breqents" klubunun futbolçusu Rəşid Arsanukayev uzunmüddətli diskvalifikasiyaya məruz qalın.

Buna rusiyalı oyunçunun "Gefis/Zattayns"a qarşı IX liqa matçında rəqib futbolçunu vurması səbəb olub.

Sentyabrın 11-də keçirilmiş qarşılaşma zamanı Arsanukayev rəqibinə başı ilə zərbə endirdiyi üçün baş hakimdən ikinci sarı vərəqəni alıb. Qərardan narazı qalan futbolçu "Mən sizə "Əslində nəyə görə cəza verilməli olduğunu göstərəcəyəm" deyərək yenidən rəqib oyunçuya hücum çəkib və kəllə ilə onun burnunu sındırıb.

Hadisə yerinə polis çağırılıb və insidentlə bağlı müvafiq məlumatlar məhkəməyə göndərilib. Zədəli futbolçu əməliyyat edilib və bir neçə turu buraxacaq. Arsanukayev isə 48 oyunluq diskvalifikasiya olunub və 2023 -cü ilin payızınadək meydana çıxa bilməyəcək.

"Viktoriya Breqents" klubu Arsanukayevi heyətdən kənarlaşdırıb.скачать dle 11.3