Mojo.az Banner
15:04 Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək? (Video)  |     14:56 Qobustanda müəllim direktora zor tətbiq edib? - Video  |     14:54 Açıq lüklər sürücülərə təhlükə yaratdı - Məsuliyyət kimin üzərinə düşür? (Video)  |     14:53 Naxçıvan Vəkillər Kollegiyası üzvləri ilə bağlı YENİ QƏRAR  |     14:51 ABŞ Qəzza ilə bağlı "Günəşin doğuşu" layihəsini hazırlayıb - DETALLAR  |     14:43 Ceyhun Bayramov: Azərbaycan və Monteneqro müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir  |     14:35 Kərkicahana ilk köç karvanı yola salındı  |     14:23 Rəşad Dağlı Kərimin dəfninə əklilgöndərdi  |     14:15 Qazaxda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var  |     14:10 Ötən gün 47 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub  |     14:06 Azərbaycan neftinin qiyməti 64 dolları keçdi  |     14:01 Mobil operatorlar 1,2 milyard manat qazanıb  |     13:43 FHN “Baku Electronics”in mağazasını bağladı  |     13:30 İmran Xan və həyat yoldaşına 17 il həbs cəzası verildi  |     13:21 Bu yollarda diqqətli olun - Sürücülərin nəzərinə  |     13:16 Meyxanaçı Kərim dəfn edildi - VİDEO  |     13:09 Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən cavab  |     13:07 19 yaşlı oğlan qəfil öldü  |     13:04 Bakıda bu avtobuslarda bank kartı ilə ödəniş aktivləşdirildi  |     23:01 Rusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadıldı  |    
Left Banner
Right Banner

Bakıda əvvəllər məhkum edilmiş sabiq prokurora yenidən hökm oxunub

14.09.2021 16:09 957
Bakıda əvvəllər məhkum edilmiş sabiq prokurora yenidən hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri 5 il və S.Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Həsənovun barəsində seçilmiş verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub.

O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib.

Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.скачать dle 11.3