Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından əldə etdiyi gəlirlər artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından əldə etdiyi gəlirlər artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-iyun ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 2 425 078 000 ABŞ dollarına yaxın gəlir əldə edib.

Dövlət Neft Fondundan verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 2 354 100 000 dollar həcmində gəlir əldə edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə AÇQ üzrə əldə edilən gəlirlərin həcmi 6,7 faiz artıb.

Həmçinin, yanvar-iyun ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 70 978 000 ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 2,8 dəfə azalıb.

Şahdəniz yatağı üzrə kondensatın satışından 57 131 000 ABŞ dolları gəlir əldə edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azdır.

Şahdəniz yatağı üzrə qazın satışından isə 13 847 000 ABŞ dolları gəlir əldə edilib və bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə azdır.

Qeyd edək ki, iyun ayı ərzində AÇQ üzrə 503 900 000 ABŞ dolları, Şahdəniz yatağı üzrə isə 8 802 000 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

Xatırladaq ki, 2020-ci yanvar-iyun ayları ərzində AÇG yatağından 2 206 000 000 ABŞ dollar, Şahdəniz yatağı üzrə qazın satışından 66 000 000 dolları, kondensatın satışından isə 131 000 000 ABŞ dolları gəlir əldə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            792 28.07.21 13:54