Mojo.az Banner
23:01 Tramp İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunu deyib  |     22:55 ABŞ geri çəkildi, İraq ordusu nəzarəti ələ keçirdi  |     22:48 İranda yaşayış məntəqələri ağır silahlarla atəşə tutuldu – VİDEO  |     22:41 "Beauty Derm Estetik"də əməliyyat olundu - Üzü əyildi (Video)  |     22:36 “ChatGPT” də reklam göstərməyə başlayır  |     22:27 6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi  |     22:22 Həkim hər gün kolbasa yeyənlərə xəbərdarlıq etdi  |     22:19 Bu yolda sürət həddi endirildi  |     22:13 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı  |     22:06 Tramp: "İranın yeni lider axtarmasının vaxtıdır"  |     21:58 Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?  |     21:50 Ucardakı qəzada ölən müəllimin FOTOsu  |     21:44 İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq - RƏSMİ  |     21:37 Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı  |     21:28 Xarkov yenidən vuruldu, ciddi zərər dəydi  |     21:22 Azərbaycanda farel balıqlarının qiyməti bahalaşdı - Video  |     21:17 Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var  |     21:11 UEFA milyonlar itirdi  |     21:03 Qırmızı diplomlar tarixə qovuşur?  |     20:57 30 yaşlı kişi toyda bıçaqlandı  |    
Left Banner
Right Banner

ÜST-dən hamilələrin vaksinasiyası ilə bağlı açıqlama

21.07.2021 23:44 885
ÜST-dən hamilələrin vaksinasiyası ilə bağlı açıqlama
Hamiləlik - koronavirusu ağır keçirmə riski olan sağlamlıq vəziyyətidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhət Qrupunun (SAGE) yenilənmiş tövsiyələrində deyilir.

Xüsusilə 35 yaşdan yuxarılar və yanaşı xəstəlikləri olan hamilələr risk altındadır. Mövcud məlumatlara görə, onlarda xəstəliyin ağır gedişatının riski reproduktiv yaşda hamilə olmayan qadınlara nisbətən daha yüksəkdir.

Mütəxəssislər hamiləlik dövründə koronavirusun erkən doğum riskini artırdığını bildirirlər.

Onların sözlərinə görə, aparılan tədqiqatlarda COVID-19 peyvəndinin qadının və ya fetusun sağlamlığına zərərli təsirləri aşkar edilməyib. Bu baxımdan hamilə qadınların peyvənd vurdurması tövsiyə olunur.

ÜST tövsiyələrində həmçinin analara peyvənddən sonra körpələrinə süd verə biləcəyi qeyd edilib. Bundan əlavə, ilkin məlumatlara görə, bu vəziyyətdə qorunma anadan uşağa ötürülə bilər.скачать dle 11.3