SOCAR Pakistana neft və qaz tədarükü üçün iki kredit xətti təklif edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     12:00 DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     11:59 Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb  |     11:58 Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb  |     11:57 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:56 Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb  |     11:55 Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb  |     11:55 Ukrayna Belqoroda dronla zərbə endirib: Azı altı nəfər həlak olub, çoxlu sayda xəsarət alan var  |     11:54 Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB  |     11:53 Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO  |     11:52 Qazaxıstanla Qırğızıstan sərhədində zəlzələ baş verib  |     11:51 Qaradağda 24 yaşlı oğlanın meyiti tapıldı  |     11:50 Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA  |     11:49 Bakıda Rusiya vətəndaşı intihar edib  |     11:48 İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı  |     11:48 İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər TUTULDULAR - FOTO  |    

SOCAR Pakistana neft və qaz tədarükü üçün iki kredit xətti təklif edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan hökumətinə neft və qaz tədarükü üçün 220 milyon ABŞ dollarından çox iki kredit xətti təklif edib.

“Report” bu haqda Pakistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, SOCAR il ərzində hökumətlərarası saziş (G2G) əsasında Pakistan Dövlət Nefti Şirkəti (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətinə kreditlə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) yükləri tədarük etməyi təklif edib.

Təklif LNG üçün 120 milyon ABŞ dolları və neft məhsulları üçün 100 milyon ABŞ dollarlıq iki ayrı kredit xəttini əhatə edib.

Ancaq Pakistan hökumətindən təkliflə bağlı heç bir açıqlama yoxdur.

Xatırladaq ki, SOCAR-ın təklifi mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin yanvarında Pakistana səfərindən sonra irəli sürülüb.

Nazirin bu ölkəyə səfəri zamanı hər iki ölkənin neft və qaz sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək və strateji dostluq əlaqələrini qurmaq barədə razılığa gəlinib.

Qeyd edək ki, bu yaxınlarda SOCAR-ın Baş Əməliyyat müdiri Toğrul Köçərli Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni Pakistanın SOCAR-ın təklifinə cavabı ilə maraqlanmağa çağırıb.

Görüş zamanı SOCAR rəsmisi qardaş dövlətin enerji ehtiyaclarının ödənilməsində kömək etmək üçün Azərbaycanın Pakistanla əməkdaşlığa hazır olduğunu söyləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 12.07.21 20:18