Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı | 20:02 Hərraclarda indiyədək satılan ən bahalı avtomobillər – Milyonluq rekordlar |
Mojo.az Avto
Mojo.az Avto

Erməni əsirliyində olan azərbaycanlı: “Hər gecə ac-susuz dəfələrlə döyürdülər”

23.06.2021 15:42 2 010
Erməni əsirliyində olan azərbaycanlı: “Hər gecə ac-susuz dəfələrlə döyürdülər”
“1994-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmışam, fevralın 14-də dağda olarkən çovğun başladı, izi itirdik”.

“Report”un xəbərinə görə, bunu əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Kamil Babayev deyib.

O bildirib ki, əsir düşəndə dişini erməni hərbçiləri qırıblar:

“Kəndin aşağı hissəsinə düşərək gizləndik. Gördük aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi görən kimi dedilər ki, “qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq”. Biz də çıxdıq qoşulduq bunlara. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır.

Bizi Kəlbəcərdə bir sıldırım yerə apardılar. Mənim ayağımı digər əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək. Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi. Sonra hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Hərbçilərdən biri mənim titan dişlərimi kəlbətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdılar.

Daha sonra məni Ağdama, oradan isə Xankəndiyə gətirdilər. Hər gecə ac-susuz dəfələrlə döyürdülər. Əsir düşəndən 3 aydan sonra çimməyə soyuq su verdilər. Əsirlikdə olanda döyüb burnumu sındırdılar. Mkrtiçyan və Xosrovyanı Şuşa həbsxanasında tanımışam. Onlar məni təpik, yumruq və armaturla döyürdülər. Xankəndiyə ev tikmək üçün apardılar. Bizi işlədib, sonra aparıb Mkrtiçyanla Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm”.

Son xəbərlər