Azərbaycanlılara işgəncələr vermiş ermənilərin növbəti məhkəmə prosesi keçirilir - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:11 Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəldi  |     22:51 Bakıda texnika qaz xəttini zədələyib, bəzi yerlərdə qaz təchizatı dayandırılıb  |     22:41 İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?  |     22:28 Daha bir şirkətin vergi borcu üzə çıxdı  |     22:21 Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili eniş etdi  |     22:18 Azərbaycan millisi Macarıstana uduzdu  |     22:11 “102”yə əsassız zənglər etdi, həbs olundu  |     21:55 Üç gün iş olmayacaq  |     21:39 Bakı-Ağstafa qatarı üzrə əlavə reyslər təyin edilib  |     21:31 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb  |     21:18 70 il birlikdə yaşadılar, 90 yaşdan sonra evləndilər  |     21:13 Məcsiddə uşaqlara oyuncaq paylayanlar saxlanıldı - Aralarında vəzifəli şəxs də var  |     21:05 Yuxusuzluq yeniyetmələrin beynini məhv edir - Alimlərdən xəbərdarlıq  |     20:59 Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı  |     20:50 Azərbaycanda 3 uşağı olan ailələr çoxuşaqlı sayılacaq?  |     20:44 Fermer tərəvəzlərə verilən kimyəvi gübrələrdən elə şeylər danışdı ki...  |     20:38 1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə  |     20:33 Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu - Həkimlər açıqladı  |     20:26 10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı  |     20:19 Avstriyada üçgünlük milli matəm elan ediləcək  |    

Azərbaycanlılara işgəncələr vermiş ermənilərin növbəti məhkəmə prosesi keçirilir - YENİLƏNİB

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə iclası davam etdirilir.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə prokurorun ittiham aktının elan etməsi və təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.

 * * * * *

Bu gün Birinci Qarabağ müharibəsi zamanı və ondan sonra azərbaycanlılara qarşı cinayətlər törədən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəmə prosesi keçiriləcək.


Həmin erməniləri Bakı Hərbi Məhkəməsi mühakimə edir.

Məhkəməyə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev sədrlik edəcək.

Mkrtiçyan və Xosrovyanın ilk məhkəmə prosesi iyunun 2-də keçirilmişdi.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar.

Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib. Onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına işgəncələr verib.

Həmçinin 1999-cu ilin sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, İrəvana gətirilən və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə işgəncə verib.

İstintaq materiallarına görə, Lüdvik Mkrtiçyan tərəfindən əsir götürülmüş 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və İrəvanda qanunsuz saxlanıldığı yerlərdə döyülüb, müxtəlif xarakterli işgəncələrə məruz qoyulub. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu avtomat silahdan atəş açılaraq öldürülüb.

Lüdvik Mkrtiçyanın 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı bildirilir.

İstintaq müəyyən edib ki, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan isə 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verib, onlarla qəddar və qeyri-insani rəftar edib:

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri” Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. Onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Məlumatda deyilir ki, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci ilin 3 oktyabrında Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 202 09.06.21 12:48