Mojo.az Banner
18:09 Leyla Əliyevadan ailə FOTOSU  |     17:49 Azərbaycan XİN Pakistana başsağlığı verib  |     17:35 Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB  |     17:26 Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?  |     17:18 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU  |     16:58 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? (Video)  |     16:53 Çəmbərək yaxınlığında erməni əsgərinin ölümünə görə qərargah rəisi saxlanıldı  |     16:23 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:09 Ötən gün 25 nəfər saxlanılıb  |     16:05 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA (Video)  |     15:58 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb  |     15:50 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır  |     15:49 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:48 "Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ  |     15:41 Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi xəbərini təkzib etdi (Yenilənib)  |     15:38 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub  |     15:06 Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq  |     14:46 Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb  |     14:45 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ  |     14:43 Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI - VİDEO  |    
Left Banner
Right Banner

BMT nümayəndələri Qarabağa səfər edəcək - RƏSMİ

22.06.2021 13:10 3 183
BMT nümayəndələri Qarabağa səfər edəcək - RƏSMİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və UNESCO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

“2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulayıb və təşkilatı bu prosesi sürətləndirməyə çağırıb. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb.

Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Azərbaycan BMTQAK missiyasını da qəbul etməyə tam hazırdır. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner