Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Sabahın hava proqnozu: Çimərliklərdə suyun temperaturu necə olacaq?

21.06.2021 14:58 4 314
Sabahın hava proqnozu: Çimərliklərdə suyun temperaturu necə olacaq?
Azərbaycanda iyunun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Son xəbərlər