Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı

12.06.2021 14:02 2 697
Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı
AVRO-2020-nin açılış matçında İtaliyaya uduzan (0:3) Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bu oyun haqqında fikirlərini bölüşüb.

Rəqibin niyə üstün olduğunu bildirib:

“Rəqib bizdən üstün idi. Texnika və taktika olaraq da onlar öndə idilər. İlk hissədə rəqibin təzyiqini üstümüzdən ata bilmirdik. İtaliya millisi topa sahib çıxanda onu asanlıqla vermir. Təzyiq göstərəndə isə topu bizdən asanlıqla alırdılar. Ancaq ikinci hissədə ilk qoldan sonra oyuna nəzarəti daha da itirdik. Meydançada bizdən daha üstün bir komanda var idi. Rəqibin tempi, sürəti, texniki səviyyəsi, meydançada oyunu idarə etməsi çox yaxşı idi. Nəticədə bizdən üstün çıxış edən bir komandaya uduzduq. İtaliya millisi nə qədər yaxşı oynasa da, biz öz çıxışımızı sərgiləyə bilmədik.

Bəlkə də ikinci hissənin əvvəlində belə bir qol buraxmasaydıq, daha güclü oynayardıq. Bu qarşılaşmada qazana biləcəyimiz bir və ya üç xal bizim üçün əhəmiyyət kəsb edirdi. Amma alınmadı. Çox məyusuq. Bu bir yarışdır. Qalib gəlsək belə, bu matç son oyunumuz olmayacaq idi. İndi qarşıda iki görüşümüz var. Bunların hər ikisində qələbə qazanmaq istəyirik. Əvvəlcə Uelslə qarşılaşacağıq. Futbol oyundan asılı olaraq dəyişə bilir. Ümid edirik ki, Uelslə oyunda istədiyimiz kimi oynayıb, yaxşı nəticə əldə edərik”.

Qeyd edək ki, Türkiyə millisi qrupdakı digər iki oyununu Bakıda keçirəcək.

Son xəbərlər