Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

İki gimnastımız Avropa çempionatında finala vəsiqə qazandı

11.06.2021 22:50 2 703
İki gimnastımız Avropa çempionatında finala vəsiqə qazandı
Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

Fərdi proqramda çıxış edən idmançılar təsnifat mərhələsini uğurla adlayıblar.

Ağamirova halqa ilə hərəkətlərdə 22.950, topla hərəkətlərdə 24.750, gürzlə hərəkətlərdə isə 25.000 xal toplayıb. O, lentlə hərəkətlərdəki çıxışına görə 21.100 xal alsa da, bu, iki gün ərzində 4 hərəkət arasında ən aşağı göstərici olduğundan hesaba alınmayıb. Buna baxmayaraq, 3 hərəkətin cəmində ümumilikdə 72.700 xal yığan gimnast 12-ci sıranı tutmaqla həlledici mərhələyə adlayıb.

Cəlilova isə təsnifat mərhələsini 20-ci yerdə başa vuraraq finala çıxıb. Hakimlər onun halqa (23.100), gürz (24.250) və lentlə (20.000) hərəkətlərdəki çıxışını ümumilikdə 67.350 xalla qiymətləndiriblər.

Final mərhələsinə ilk 24 pillənin sahibləri vəsiqə əldə ediblər.

Qeyd edək ki, Azərbaycanı qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan təmsil edirlər.

Son xəbərlər