Mojo.az Banner
18:15 Biləcəridə meşə məhv olur - 8 aydır tədbir görülmür (Video)  |     18:09 Narkotik satanlar tutuldu  |     17:59 Bakıda poliklinika anaya uşağın sağlam, ataya isə xəstə olduğu barədə arayışlar verib (FOTOLAR)  |     17:42 Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir- ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     17:35 Prezidentin yüksək vəzifə verdiyi Əfqan Cəlilov kimdir?  |     17:30 Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq  |     17:10 Üç gün əvvəl qəzaya düşən şəxs ÖLDÜ  |     16:57 Assosiasiya sədri: Bələdiyyələri "qəbir yeri satan" kimi təqdim edirlər  |     16:54 Novxanıdakı kəsim məntəqəsində nöqsanlar aşkarlandı  |     16:52 Azərbaycanda futbol klubu yeddi oyunçusu ilə YOLLARINI AYIRDI  |     16:26 Kahramanmaraşda zəlzələ oldu  |     16:22 Sabiq icra başçısının oğlunun törətdiyi silahlı insidentin DETALLARI  |     16:15 Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi (FOTO)  |     16:05 Filippindəki sürüşmə nəticəsində ölənlərin sayı artdı  |     15:57 Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir (Video)  |     15:42 Günəşdə çox böyük ölçüdə tac dəliyi əmələ gəlib  |     15:37 Körpələr evinin müdirinə xəsarət yetirildi  |     15:29 Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ  |     15:18 Elmira Axundovanın yaxın adamı məhkəmə zalında HƏBS OLUNDU - Səkkiz milyon manatlıq dələduzluq işi (FOTO)  |     14:56 Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib  |    
Left Banner
Right Banner

Sergey Markov: “Azərbaycanın tərkibində vilayət - bu da statusdur”

10.06.2021 22:30 831
Sergey Markov: “Azərbaycanın tərkibində vilayət - bu da statusdur”
Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Caliber.Az-ın suallarını cavablandırarkən status məsələsinin aktual olaraq qaldığını, digər tərəfdən isə bu termin altında nəyin nəzərdə tutulduğunun vacibliyini qeyd edib.

“Status hava şəraiti kimidir. Çölə çıxırsınızsa, əvvəlcədən uyğun şəkldə geyinmək üçün havanın necə olduğunu bilməlisiniz. Heç bir status olmadan mümkün deyil. Bu, adi vilayət də ola bilər (Azərbaycanın tərkibində - red.). Ancaq bunun özü də artıq bir statusdur”, - deyə Markov bəyan edib.

Politoloqun sözlərinə görə, bu, bölgə (Qarabağ - red.) əhalisinin tərkibi və istifadə olunan dilə görə fərqlənir. Bundan əlavə, bölgədə xarici işğal da hökm sürüb.

“Odur ki, bu ərazinin özünəməxsus özəllikləri var. Eyni zamanda, sovet dövründə Dağlıq Qarabağa muxtar bölgə statusu verən və sonra da bundan çox əziyyət çəkən Azərbaycanın narahatlığı Rusiyada çox yaxşı başa düşülür. Bakı olduqca faciəli bir təcrübəni təkrarlamaq istəmir. İndi Azərbaycanın sakitcə düşünməyə və qərar verməyə vaxtı var”, - deyə o əlavə edib.скачать dle 11.3