Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın hökumət binası qarşısına toplaşan etirazçıların həbsi başlayıb

10.06.2021 18:41 1 815
Ermənistanın hökumət binası qarşısına toplaşan etirazçıların həbsi başlayıb
Ermənistan polisinin xüsusi qüvvələri bu gün səhər ölkənin sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan“ blokuna daxil olan “Daşnaksütyun” Partiyasının Gənclər Təşkilatının 10-dək üzvünü saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, gənc fəallar baş nazir vəzifəsini icra edən Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil ediblər.

Fəallar özləri ilə gətirdikləri çiyələyi, konfetləri və alt paltarlarını binanın yaxınlığında tullayıblar.

Etiraz əlaməti olaraq bu ərzaq məhsulları və əşyaların seçilməsi də təsadüfi deyil. Belə ki, Paşinyan ordu sahəsində islahatlar barədə öz çıxışlarında əvvəlki hakimiyyətlər dövründə valideynlərin öz əsgər övladlarına alt paltarı göndərməli olduqlarını dəfələrlə qeyd edib. Çiyələk mövsümi giləmeyvə kimi yayın əvvəlindən etibarən hərbçilərin qida rasionuna daxil edilib. Konfetə gəlincə, baş nazir vəzifəsinin icraçısı bu yaxınlarda özünün seçki kampaniyası zamanı əvvəllər əsgərlərin alçaldıldığını, onların qabağına bir ovuc konfet atıldığını, onların isə bunu qamarlamaq üçün torpağı cırmaqladıqlarını bildirib. Bu ifadə həmin vaxt böyük səs-küyə səbəb olmuşdu. Paşinyanı əsgərləri alçaltmaqda ittiham etmişdilər.

Son xəbərlər