“Caliber”: “Arustamyan Bakıya gəlməyəcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

“Caliber”: “Arustamyan Bakıya gəlməyəcək”

İdman jurnalisti və şərhçi Nobel Arustamyan Bakıdakı Avro-2020 qarşılaşmalarına gəlməyəcək.

Bu barədə “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadən yazıb.

N.Arustamyan UEFA-dan Avro-2020 oyunları üçün akkreditasiya ala bilməyib, çünki Azərbaycan şərhçinin Bakıya gəlməsinə qarşı çıxıb. Arustamyan dəfələrlə Azərbaycanın bir vaxtlar işğal altındakı ərazilərinə səfər edib və Xankəndidə separatçılıq siyasətinə təbliğ edən tədbirlər keçirib və bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” daxil edilib.

Bununla belə, rəsmi Bakı Arustamyanın Avro-2020-ə akkreditasiyasına qarşı çıxmayıb, söhbət yalnız şərhçinin Bakıdakı oyunlara buraxılmamasından gedib. Lakin UEFA-nın reqlamentinə əsasən əgər Avro-2020-nin təşkilatçı ölkələrindən biri akkreditasiyaya icazə vermirsə, o zaman jurnalist ümumiyyətlə turnirə buraxılmır.

Arustamyanın UEFA ilə problemini çözməsi və Avro-2020 üçün akkreditasiya alması belə onun Bakıya gələ biləcəyi anlamını ifadə etmir.

“Arustamyan Bakıdakı oyunlar üçün akkreditasiya almayıb. O, Azərbaycana gələ bilməyəcək. Digər məkanlara gəldikdə isə başqa şəhərlərdə akkreditasiya ilə bağlı məhdudiyyətlər Bakının tələbi ilə deyil, UEFA-nın daxili reqlamenti əsasında olub”, - deyə “Caliber” qeyd edib.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 728 10.06.21 16:04