Mojo.az Banner
23:00 Tiktoker Müjgan polisə çağırıldı  |     22:51 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  |     22:46 Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır  |     22:39 İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX  |     22:31 İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək  |     22:27 Hansı ölkədə orta əməkhaqqına daha çox ət almaq olur? - FOTO  |     22:21 Polkovnik Vidadi Orucov vəfat etdi  |     22:13 Yer kürəsində ulduzlara ən yaxın nöqtə hansıdır?  |     22:08 Qırıcılar havaya qalxdı - Trampdan İrana son xəbərdarlıq (Video)  |     22:00 Fatih Ürek vəfat etdi  |     21:55 Universitet müəllimi dünyasını dəyişdi  |     21:48 Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırdı  |     21:42 Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq  |     21:37 "Qarabağ" - "Nyukasl" matçının başlama saatı müəyyənləşdi  |     21:29 Bu üç cihazı elektrik şəbəkəsindən ayırmaq olmaz  |     21:24 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur  |     21:15 "Dəniz" kafesində oğurluq: "Özündə olmayan" usta 125 manat oğurlayıb  |     21:08 Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?  |     21:02 Qanunsuz silah-sursat aşkarlandı  |     20:56 Gəncədə “Mercedes” yandı  |    
Left Banner
Right Banner

İrqçilik edən azarkeş ömrünün sonuna qədər stadiona buraxılmayacaq

05.06.2021 14:08 1 209
İrqçilik edən azarkeş ömrünün sonuna qədər stadiona buraxılmayacaq
Rəqib komandanın futbolçularına irqçi münasibət göstərən “Mançester Siti”nin azarkeşi məhkəmə tərəfindən cəzalandırılıb.

Bu barədə “Sky Sports” məlumat yayıb.

42 yaşlı fanat 2019-cu ilin dekabrında keçirilən “Mançester Siti”-“Mançester Yunayted” qarşılaşmasında “qırmızı şeytanlar”ın futbolçularını təhqir edib.

O, rəqib komandanın oyunçularına qarşı qeyri-etik jestlər edib.

Azarkeşə üç il müddətində “Mançester Siti”nin oyunlarını stadiondan izləmək qadağası qoyulub.

“Şəhərlilər”in azarkeşi həmçinin İngiltərə millisinin ev oyunlarını keçirdiyi şəhərlərə də səfər edə bilməz.

Bundan əlavə, o, davranışına görə 850 funt sterlinq (2 min manat) cərimə olunub.

“Mançester Siti”nin azarkeşə qarşı çıxardığı qərar isə daha sərt olub. Belə ki, klubun azarkeşi ömrünün sonuna qədər “Mançester Siti”nin oyunlarına buraxılmayacaq.скачать dle 11.3