İrakli Qaribaşvili BP rəsmisi ilə Cənubi Qafqaz Boru Kəmərinin əhəmiyyətini müzakirə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |    

İrakli Qaribaşvili BP rəsmisi ilə Cənubi Qafqaz Boru Kəmərinin əhəmiyyətini müzakirə edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consla görüşüb.

Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Görüşdə BP şirkətinin Gürcüstana yatırdığı investisiyalar müzakirə olunub. Bildirilib ki, şirkət artıq 25 ildir Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq edir və ölkənin ən böyük sərmayədarlarından biridir.

Qeyd olunub ki, Gürcüstan tərəfi BP ilə müxtəlif investisiya istiqamətlərini, həmçinin bərpa olunan energetika sahəsində layihələrin inkişafı imkanlarını da müzakirə etməyə hazırdır.

Tərəflər şirkətin Gürcüstanda reallaşdırdığı layihələrin, Bakı-Supsa boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, həmçinin Xəzər dənizindəki “Şahdəniz” yatağından təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırıldığı Cənubi Qafqaz Boru Kəmərinin əhəmiyyəti vurğulayıblar.

Görüşdə BP şirkətinin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva da iştirak edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            423 21.05.21 20:31