Mojo.az Banner
23:01 İran rialı yeni antirekord qırdı  |     22:56 Azərbaycanda su sayğacları dəyişdiriləcək  |     22:48 Xabi Alonso istefaya göndərildi  |     22:41 “Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi  |     22:40 Bu ilanlar insanı dişləmədən belə kor edə bilər  |     22:34 İrandakı iğtişaşların təşkilatçıları edam ediləcək  |     22:26 Kür−Bakı magistral kəməri əsaslı təmir olunacaq  |     22:20 SMS kodlarını paylaşmayın! - İKTA-dan xəbərdarlıq  |     22:12 Evlərdən oğurluq edənlər saxlanıldı  |     22:07 Xabi Alonso istefaya göndərildi  |     21:53 Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq  |     21:50 Türkiyəli aktyor vəfat etdi  |     21:42 "Ambiance MED şikayət etdi: "Green Farm"ın rəhbərinə "stop" qoyuldu  |     21:30 Azad edilmiş ərazilərdə daha 177 mina aşkarlandı  |     21:26 Ötən il neçə nəfər əcnəbilərlə evlənib? - Nikah və boşanma sayı  |     21:24 Abşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək  |     21:22 Lənkəranda ev yandı  |     21:19 Bakıda 66 yaşlı kişi dəm qazından boğulub öldü  |     21:10 Tacikistanda MMA üzrə dünya çempionu dava zamanı öldürüldü  |     20:30 Mağazadan araq və siqaret oğurladılar, məhkəmə qarşısına çıxarıldılar  |    
Left Banner
Right Banner

Türkiyədə “Bir millət, iki dövlət” mövzusunda videokonfrans keçiriləcək

15.05.2021 19:18 1 572
Türkiyədə “Bir millət, iki dövlət” mövzusunda videokonfrans keçiriləcək
Mayın 17-də Türkiyənin paytaxtı Ankarada Azərbaycanın dövlət müstəqilliyimizin 103-cü ildönümü münasibətilə Azərbaycan-Türkiyə münasibətləri və ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Bir millət, iki dövlət” mövzusunda videokonfrans keçiriləcək.

"Report"un yerli bürosu xəbər verir ki, sosial şəbəkə profillərindən yayımlanacaq videokonfransda 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, tarixi dövlətçiliyin əsasları, AXC-nin süqutunun səbəbləri, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan-Türkiyə münasibətlərinin bərpasına yönəlik fəaliyyəti kimi məsələlərdən bəhs olunacaq.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın sədrliyi ilə keçiriləcək videokonfransda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00-da) başlayacaq videokonfrans izləyicilər üçün açıqdır.скачать dle 11.3