Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

“Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib

13.05.2021 18:26 2 400
“Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib
“Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev Ramazan bayramında Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, “Azəriqaz”ın rəhbərliyi ailənin qayğıları ilə maraqlanılıb. Şəhid Osman Manafovun atası Natiq Manafov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti idarəsində çalışır.

Birliyin Baş direktorunun müavini Ceyhun Şıxəliyev və Həmkarlar ittifaqı komitəsinin sədri Ədalət Qurbanov isə şəhid Zaur Mədətovun ailəsini ziyarət edib. Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib.

Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Qeyd edək ki, Raufun bacısı Banu İbadova Birlikdə işlə təmin edilib, atası Məhərrəm İbadova isə məsul vəzifələrdən biri təklif olunub.

Son xəbərlər