Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Lavrovun Bakıda səfər planı açıqlandı

10.05.2021 14:33 3 006
Lavrovun Bakıda səfər planı açıqlandı
Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri zamanı Respublika Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri - siyasət, iqtisadiyyat, mədəni və humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməyə qərarlıdır:

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsi xüsusi diqqət yetiriləcək. Qarabağdakı vəziyyətə, Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır”.

Rusiya XİN-dən əsas vəzifələr arasında bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmalı olduğu vurğulanıb.

“Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri həmçinin aparıcı regional və beynəlxalq birliklərin - MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT platformalarında qarşılıqlı əlaqələrin koordinasiyasını müzakirə edəcəklər”, - deyə bildirilir.

Son xəbərlər