Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

"Keşlə"nin baş məşqçisi: "Bugünkü oyun final üçün yaxşı material oldu"

08.05.2021 21:36 1 686
"Oyuna nəzarət tam olaraq bizdə idi. Amma qol imkanlarından istifadə edə bilmədik. Halbuki məşqlərdə bunun üzərində işləmişdik. Tapşırıqları yerinə yetirdiklərinə görə futbolçularımı təbrik edirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, üstünlük komandasının tərəfində olsa da, qələbəni qonaqlar qazanıblar: "Futbolda belə hallar olur. Gərək, futbolçular üzülməsinlər. Düzdür, yaxşı oynadığın matçdakı məğlubiyyəti başa düşmək çətindir. Amma artıq bu görüşü unutmalıyıq. Qarşıda daha 2 oyunumuz var. Eyni zamanda, kubokun finalındayıq. Bunlar bizim üçün çox önəmli matçlardır. Bütün futbolçuları psixoloji cəhətdən oyuna hazırlamağa çalışacağıq".

Qurbanov birinci hissədəki top itkilərinin oyunlarına mənfi təsir etdiyini söyləyib: "Qapımız qarşısında təhlükəli əks-hücumlar gördük. Daha çox meydanın rəqibə aid hissəsində oynadığımızdan mümkün qədər uzun paslardan istifadə etməməyə çalışırdıq. İkinci hissədə isə topa daha çox sahib olduq. Abanqın əvəzlənməsini səhv qərar hesab etmirəm".

Baş məşqçinin sözlərinə görə, komandası mövsümü titulla başa vura bilər: "Bunun üçün pozitiv olmalı, oyunumuzdan həzz almalıyıq. Həmçinin səhvləri aradan qaldırmaq üçün onların üzərində işləmək lazımdır".

Mütəxəssis Sezar Meza Kollinin "Neftçi" ilə anlaşmasına dair çıxan xəbərlərə də aydınlıq gətirib: "Meza Kolli bacarıqlı futbolçudur. Ona təklif gəlməsi normaldır. Amma hazırda bizimlə müqaviləsi davam edir. Finalda da "Keşlə" ilə birlikdə olacaq. Yalnız həmin matçın final fitindən sonra onunla bağlı qərar veriləcək. Başqa istedadlı oyunçularımıza da təklif ola bilər. Həmin futbolçuları komandada saxlamağa çalışacağıq. Hələlik real vəziyyət budur".

Qurbanov "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçına da toxunub: "Rəqib yaxşı komandadır. Bunu hamımız bilirik. Bugünkü görüş bizim üçün də yaxşı material oldu. Final matçında bir-birimizə qarşı planlarımız olacaq".

Son xəbərlər