İlham Əliyev Qələbənin 76-cı ildönümü münasibətilə Vladimir Putini təbrik etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |    

İlham Əliyev Qələbənin 76-cı ildönümü münasibətilə Vladimir Putini təbrik etdi

Böyük Vətən müharibəsi illərində Azərbaycan və Rusiya xalqlarının dostluq və qarşılıqlı dəstək ənənələri iki ölkə arasında davamlı olaraq böyüməyə davam edəcək çoxşaxəli və strateji tərəfdaşlığın təməlini qoyub.

TASS-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə müharibədə qələbənin 76-cı ildönümü münasibətilə təbrikində bildirib.

“Əminəm ki, Böyük Vətən Müharibəsində ağır sınaqlara şərəflə qalib gələn xalqlarımızın dostluq və qarşılıqlı dəstək ənənələri bundan sonra da ölkələrimiz arasında strateji tərəfdaşlığın və çoxşaxəli qarşılıqlı əlaqələrimizin möhkəmlənməsi üçün etibarlı təməl rolunu oynayacaq”, - deyə məktubda bildirilib.

Azərbaycan Prezidenti müharibə veteranlarına, arxa cəbhə əməkçilərinə, eləcə də bütün dost Rusiya xalqına xoşbəxtlik, firavanlıq və uğur arzulayıb.

“9 May xalqlarımızın şanlı salnaməsində misilsiz bir cəsarət, qəhrəmanlıq və fədakarlıq rəmzi olaraq xüsusi yer tutur. Döyüş meydanlarında və arxa cəbhədə göstərilən dözümlülük, möhkəmlik və həmrəylik bəşəriyyət tarixində ən qanlı və dağıdıcı müharibənin nəticəsini müəyyənləşdirdi, faşizmin sarsılmasında əsaslı rol oynadı”, - deyə İlham Əliyev vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 014 08.05.21 17:52