“Qərbi Azəri” platformasındakı planlaşdırılmış profilaktik işlər başa çatıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

“Qərbi Azəri” platformasındakı planlaşdırılmış profilaktik işlər başa çatıb

“Qərbi Azəri” platformasında bu il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

Bu barədə “Report”a platformanın operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, proqramda nəzərdə tutulmuş bütün işlər - inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb.

Məlumatda deyilir ki, hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.

Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının tammiqyaslı işlənməsinin bir hissəsi olan "Qərbi Azəri" platformasında neft hasilatı 30 dekabr 2005-ci il tarixində başlayıb. "Qərbi Azəri" platformasında hasil olunan neft 3 yanvar 2006-ci il tarixində sualtı boru kəməri vasitəsilə sahilə nəql olunaraq Səngəçal terminalına çatıb və bu, Faza 2 çərçivəsində ixrac əməliyyatlarının başlanması ilə əlamətdar olub.

"Qərbi Azəri" platforması Bakıdan şərqə doğru 100 km məsafədə, təxminən 118 metr dərinliyə malik sularda yerləşir.

"Qərbi Azəri" qurğuları 48 qazma şaxtasına malik Yaşayış Bloklu Hasilat və Qazma (YBHQ) platformasından və qurudakı Səngəçal terminalına birləşən 30 neft boru kəmərindən ibarətdir.

"Qərbi Azəri" platformasından hasil olunan səmt qazı lay təzyiqini saxlamaq məqsədilə laya vurulması üçün və yaxud yanacaq kimi istifadə edilməsi üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə nəql olunaraq "Mərkəzi Azəri" yatağındakı Kompressiya və Suvurma Platformasına (KSP) göndərilir. Artıq qaz həcmləri mövcud sualtı qaz boru kəməri vasitəsilə Səngəçal terminalına ixrac ediləcək və oradan isə ölkə daxilində istifadə edilməsi üçün yeni qaz ixrac boru kəməri vasitəsilə "Azəriqaz"ın sisteminə ötürülür.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            525 06.05.21 17:43