Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Xırdalan-Sumqayıt qatarı 9 aydır niyə işləmir? - SƏBƏB məlum oldu

04.05.2021 17:23 1 629
Bakı-Xırdalan-Sumqayıt qatarı 9 aydır niyə işləmir? - SƏBƏB məlum oldu
Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının fəaliyyətinin bərpasının yubanma səbəbi məlum olub.

Median.Az
“Report”a istinadən xəbər verir ki, yubanmaya səbəb Bakı-Quba yolu üzərində inşa edilən yol ötürücüsünün (dəmiryolu körpüsünün) standartlara cavab verilməməsidir.

“Bildiyiniz kimi Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyini təmin etmək üçün Bakı-Quba yolunun Xırdalan dairəsinin yaxınlığından keçən hissəsində körpünün yenilənməsi həyata keçirildi. Körpünün inşasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC (KBT) həyata keçirib.

Tikinti işləri bitdikdən sonra körpüdə test keçidi həyata keçirilib. Sınaq qatarı ilk olaraq 20 km/saat, daha sonra 40 km/saat sürətlə hərəkət edib. Hər iki halda körpünün əsməsi yoxlanılıb. Aşkar edilən nöqsanlar barədə həm AAYDA, həm də KBT-yə məlumat verilib”.

Mənbənin fikrincə, yay aylarında qatarların fəaliyyətinin bərpası gözlənir:

“Hazırda nöqsanların aradan qaldırılması istiqamətində işlər aparılır. Qaldırılan məsələlər nə qədər tez həll edilsə və aidiyyəti strukturlar körpünü istismara qəbul etsə qatarların hərəkəti də həmin vaxt bərpa ediləcək. Yay aylarında sərnişinlər yenidən Bakı-Sumqayıt-Bakı qatarından istifadə edə biləcək”.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyəti 2020-ci ilin avqustun 10-da 3 aylıq dayandırılmışdı. Amma rəsmən açıqlanmayan səbəblərə görə, qatarların hərəkətindəki fasilə hələ də davam edir.

Əlavə edək ki, Bak-Sumqayıt və əks istiqamətdə hərəkət edən sərnişinlər Bakı-Pirşağı-Sumqayıt qatarı ilə mənzilbaşına çata bilərlər.

Son xəbərlər