Mojo.az Banner
23:02 Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?  |     22:54 Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var  |     22:48 Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu  |     22:40 İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək  |     22:36 Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır  |     22:29 Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir  |     22:24 Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb  |     22:06 Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT (Video)  |     21:58 Qurban Qurbanov: "Bəhlula Çin klublarından təkliflər var"  |     21:44 Salyan sakini dəm qazından boğularaq ölüb  |     21:43 Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi  |     21:29 "Şerloks"da ad günü keçirən şəxs həbs olunub: "Hesab artıq gəlib..."  |     21:21 Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur?  |     21:16 Bazar günü Bakıda 8 dərəcə isti olacaq  |     21:09 Azərbaycanla Çin arasında 5 milyardlıq ticarət dövriyyəsi  |     21:04 Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb  |     20:56 ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?  |     20:51 84 yaşında da gündəmdə: Flora Kərimovanın arxiv görüntüləri (Video)  |     20:42 Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil  |     20:35 Qara və ya yaşıl çay: Orqanizm üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

Messi “Barsa” ilə müqaviləni uzatmaq üçün şərtlərini açıqlayıb

30.04.2021 13:08 1 059
Messi “Barsa” ilə müqaviləni uzatmaq üçün şərtlərini açıqlayıb
“Barselona” hücumçusu Lionel Messi ilə müqaviləni uzatmaq üçün ilk addımı atıb.

Bu barədə TV3 məlumat yayıb.

“Barsa”nın prezidenti Joan Laporta futbolçunun atası Xorxe Messi ilə görüşüb və görüş zamanı tərəflər əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər. Klub rəhbəri hər hansı bir təklif irəli sürməyib. Buna səbəb isə “Barsa”da maliyyə yoxlamalarının keçirilməsidir. J.Laporta yalnız yoxlamalardan sonra real mənzərəni bildikdə təklif verə biləcək. O, yalnız Messidən maaş məsələsində kompromisə getməsini istəyib.

İddialara görə, Messi maaşını 50 faiz azaltmağa razıdır. Lakin futbolçu bunun üçün iki illik müqavilə istəyir. Daha sonra isə futbolçu “İnter Mayami”də çıxış edəcək. Messinin şərti həmçinin ABŞ-dan qayıtdıqdan sonra klubda vəzifə sahibi olmaqdır.скачать dle 11.3