Bakıda evdən 70 min manat pul və 40 min dollarlıq qızıl oğurlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Bakıda evdən 70 min manat pul və 40 min dollarlıq qızıl oğurlandı

Paytaxtın Yasamal rayonunda evlərdən birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb.

Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıblar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, qohumunun mənzilindən oğurluq etmək üçün evin və seyfin açarlarını İdris Salahova Toğrul Axudzadə verib. O, evdə heç kimin olmadığı barədə İ.Salahova məlumat verdikdən sonra sonuncu evə daxil olaraq həmin hadisəni törədib. İş üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Axundzadə və İ.Salahovdan oğurladıqları pul və qızıl-zinət əşyalarının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, İ.Salahov evə iki dəfə daxil olub. Birinci dəfə o, seyfdə olan pulları oğurlayıb. Daha sonra T.Axundzadənin təkidi ilə ikinci dəfə evə daxil olan İ.Salahov bu dəfə qızılları oğurlamaqla yanaşı fotoaparat və noutbuku da ələ keçirib.

Saxlanılan şəxslər barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 19.04.21 19:41