Mojo.az Banner
20:47 Opera ifaçısı 5-ci mərtəbədən yıxılıb öldü  |     20:31 Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI  |     20:24 1500 işçini ixtisara saldı  |     20:16 6,4 bal gücündə zəlzələ oldu  |     20:10 Azərbaycanda Sabiq deputat vəfat etdi - FOTO  |     20:02 Zivər Zeynalova yeni vəzifəyə təyin olundu  |     19:47 İsveç şahzadəsi vəfat etdi  |     19:43 Moldovaya düşən Rusiya dronunda partlayıcı aşkarlandı  |     19:37 Ankarada qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb  |     19:30 Baş katibin müavini Elçin Əmirbəyovla NATO-Azərbaycan münasibətlərini müzakirə edib  |     19:15 32 yaşlı azərbaycanlı Moskvada həyatını itirdi  |     19:09 Finlandiya Prezidenti: Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etməliyik  |     19:00 Elşad Xosenin ailə - Fotosu  |     18:53 Əli Əsədov qərar imzaladı  |     18:45 Göyçayda silahlı narkotacir tutuldu  |     18:38 Gəncədə veteranların binası yandı  |     18:20 Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü, əri saxlanıldı - TƏFƏRRÜAT  |     18:07 Paytaxtın sıxlıq müşahidə olunan küçələri  |     17:52 Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi  |     17:31 Misir Mərdanova yeni vəzifə verildi  |    
Left Banner
Right Banner

Bakıda COVID-19 xəstəsi kafedə insanlarla öpüşüb-görüşdü - VİDEO

17.04.2021 15:13 2 319
Bakıda COVID-19 xəstəsi kafedə insanlarla öpüşüb-görüşdü - VİDEO
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, paytaxt sakini Cavad Abdullayevə sosial izolyasiya qaydalarına əməl edərək evdə oturmaq barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bu tələbə əməl etməyib. İctimaiyyət arasına çıxaraq xəstəliyin yayılmasına şərait yaradan bu şəxsin paytaxt ərazisində kafelərdən birinə getdiyi də kameralar vasitəsi ilə müəyyən edilib.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. C.Abdullayev barəsinə 37-ci Polis Şöbəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3