Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Putinin illik gəliri və əmlakı açıqlanıb

17.04.2021 14:00 2 766
Putinin illik gəliri və əmlakı açıqlanıb
Rusiya prezidenti Vladimir Putinin 2020-ci il üzrə gəlir bəyannaməsi dərc olunub.

TASS xəbər verir ki, sənəd Kremlin rəsmi saytında yerləşdirilib.

Bəyannaməyə əsasən, dövlət başçısı ötən il ərzində 10 milyon rubla yaxın (təxminən 225 min manat) qazanc əldə edib.

Onun əmlak siyahısı isə dəyişməyib. Hazırda Putinin mülkiyyətində 77 kv metrlik mənzil, 18 kv metrlik qaraj, iki ədəd QAZ M21 “Volqa”, “Niva” avtomobilləri və “Skif” qoşqusu var.

Bununla yanaşı, 153,7 kv metrlik mənzil və 18 kv metrlik qaraj sahəsi də hazırda prezidentin istifadəsindədir. Dövlət başçısının bütün əmlakı Rusiya ərazisindədir.

Qeyd edək ki, bugünədək Putinin ən yüksək gəliri 2017-ci ildə qeydə alınıb. Həmin il Rusiya prezidentinin qazancı 18.7 milyon rubl (təxminən 420 min manat) olub.

Son xəbərlər