“Periscope” servisi bağlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |    

“Periscope” servisi bağlanıb

"Twitter" mikrobloqlar servisi aprelin 1-də şirkətə məxsus "Periscope" videotranslyasiyalar proqramının fəaliyyətini dayandırıb. "Periscope" komandası istifadəçilərlə "Twitter" hesabı vasitəsilə sağollaşıb.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, "Twitter" şirkəti "Periscope" xidmətinin bağlanılması ilə bağlı qərarı mikrobloqlar servisində translyasiyaların yaradılması üçün alətləri daha da inkişaf etdirmək istəyi ilə izah edib. Şirkət servisin bağlanılmasını mobil qurğularda birgə videobaxışı üçün "Squad" proqramını satın aldıqdan sonra açıqlayıb. Bu proqramın fəaliyyəti dayandırılıb, onun mütəxəssisləri isə "Twitter" komandasına qoşulub. "Periscope" nümayəndələri qeyd edib ki, son 2 ildə servisin populyarlığı azalıb, servisin dəstəyi üçün xərclər isə artıb.

"Periscope" proqramı artıq "Google Play" və "App Store" mağazalarında ləğv edilib. Aprelin 1-dən etibarən onun istifadəçi qurğularında ləğv ediləcəyi gözlənilir. Ümumi translyasiyalara istifadəçi kontenti arxivinə çevrilən "Periscope"un veb-versiyasında baxmaq mümkündür.

Xatırladaq ki, "Periscope" mobil əlavəsi real vaxtda videonun translyasiyası üçün nəzərdə tutulub. 26 mart 2015-ci ildə istifadəyə verilən servisin fəaliyyətinin ilk ilində "Periscope" komandası bildirib ki, istifadəçilər 200 milyondan çox birbaşa translyasiyalar ediblər.

Hazırda servisin başlıca imkanları əsas "Twitter" əlavəsində mövcuddur. Real vaxt rejimində translyasiyaları "Twitter Live" vasitəsilə etmək mümkündür. Brendlər isə canlı efirə "Media Studio" servisi vasitəsilə çıxa bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 06.04.21 20:34