Mojo.az Banner
22:58 Jalə Əhmədovaya vəzfə verildi  |     22:50 Həyatdan tez bezən BÜRCLƏR  |     22:41 Avqustda 7 saniyəyə 40 milyondan çox insan öləcək? - NASA-dan AÇIQLAMA  |     22:34 Göyərtidən benzin, limondan balıq dadı gəlir  |     22:27 Bakıda restoranda hesaba görə dava düşdü  |     22:12 Bakı-Quba yolunda qəza - Xəsarət alanlar var  |     22:00 “Başın qaçmasın” sözünə görə binanın arxasına aparıb, bıçaqladı— TƏFƏRRÜAT  |     21:40 Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar  |     21:30 Nazir onu vəzifəsindən azad etdi- FOTO  |     21:22 Şimali Koreyada İlk: Ölkə Liderinə Sui-qəsd  |     21:16 Qaz birdən kəsilir, birdən çox gəlir - Sumqayıtda təhlükəli vəziyyət  |     21:10 Yaponiya bayrağına bənzəyən yol nişanının mənası nədir?  |     21:01 1000-dən çox taksi sürücüsü imtahandan keçdi  |     20:54 Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü  |     20:47 Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi  |     20:40 Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb - YENİLƏNİB  |     20:34 131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib  |     20:26 Fevral ayı ilə bağlı xəbərdarlıq: Kəskin soyuqlar düşəcək, şaxta olacaq, qar yağacaq  |     20:19 Bir ay öncə ev verilən qazi vəfat etdi - Foto  |     20:12 Maqnit qasırğası olacaq  |    
Left Banner
Right Banner

Rusiyadan Ermənistana tank hissələrini göndərmək istəyən şəxs saxlanıldı

06.04.2021 15:55 915
Rusiyadan Ermənistana tank hissələrini göndərmək istəyən şəxs saxlanıldı
Ural əməliyyat gömrüyünün əməkdaşları tank stabilizatorunun ehtiyat hissələrinin Ermənistana göndərilməsi cəhdinin qarşısını alıblar.

TASS agentliyi xəbər verir ki, bu barədə Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Çatdırılmanı təşkil etmək üçün Rusiya Federasiyası vətəndaşı nəqliyyat və logistika şirkətinə saxta etibarnamə təqdim edib”, - Ural Gömrük İdarəsinin məlumatında qeyd olunur.

Rəsmi məlumatda qeyd olunur ki, Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin araşdırmasına əsasən, ələ keçirilmiş stabilizatorlar hərbi texnikada və “T-72” tanklarında quraşdırılır.

İstehsalçı qeyd edir ki, bu məhsul Rusiya Federasiyası Müdafiə Nazirliyinin raket-artilleriya idarəsinin (idarə etməsinin) nomenklaturasına aiddir və onun açıq satışı qadağandır.

Qanunsuz ixrac faktı ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi (“Hərbi texnika avadanlıqlarının qaçaqmalçılığı”) ilə cinayət işi açılıb.

Sözügedən maddə yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.скачать dle 11.3