Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın TAP vasitəsilə nəql edə biləcəyi hidrogenin həcmi açıqlandı

25.03.2021 13:49 1 953
Azərbaycanın TAP vasitəsilə nəql edə biləcəyi hidrogenin həcmi açıqlandı
Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə hidrogen nəqli mümkün olacaq.

Bu barədə TAP-ın İcraçı direktoru Luka Skyeppati açıqlama verib.

Onun sözlərinə görə, TAP-ın illik nəqletmə gücünün 10 milyard kubmetr olmasına baxmayaraq bunu 20 milyard kubmetrə qədər də artırmaq mümkündür. Konsorsiumun İcraçı direktoru əlavə edib ki, bu məsələ üzərində fikir mübadiləsi aparılır və iyul ayında (bazar testlərinin nəticələrinə əsasən) mövzu ilə bağlı dəqiqləşdirilmə əldə ediləcək.

Luka Skyeppati onu da əlavə edib ki, TAP vasitəsilə gələcəkdə təbii qazla qarışıq hidrogen də nəql edilə bilər və hidrogenin nəql edilən təbii qazın 10 faizini təşkil edəcəyini nəzərə alsaq boru kəməri ilə 1 milyard kubmetrə yaxın hidrogenin nəqli mümkündür.

O bildirib ki, qısa müddət ərzində boru kəmərinin texniki-iqtisadi cəhətdən müvafiq layihəyə hazır vəziyyətə gətirilməsinə başlanılacaq.

Xatırladaq ki, SOCAR ilə İtaliyanın “Snam” şirkəti arasında hidrogen nəqlinin tədqiqinə dair memorandum imzalanıb. Sazişdə iki şirkətin hidrogen və bioqaz istehsalı, həmçinin onun Cənub Qaz Dəhlizi üzərindən nəqli imkanlarının araşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hidrogen və bioqaz perspektivli və daha təmiz yanacaq növləri hesab olunur. Bioqaz biokütlə və kənd təsərrüfatı tullantılarından əldə olunur, tərkibi metan olmaqla təbii qazla eynidir.

Hidrogen (H2) metandan (CH4) tam fərqli bir maddədir və kainatda ən çox yayılmış maddə və enerji mənbəyi olmaqla, öz yüngüllüyünə görə yer kürəsində molekulyar surətdə nadir rast gəlinir. Buna görə hidrogen nisbətən az enerji məsrəfi ilə təbii qazdan və ya nisbətən çox enerji məsrəfi ilə sudan əldə olunur.

Hidrogenin iki üstünlüyü var: müəyyən proses vasitəsi ilə enerjiyə çevriləndə tullantı olaraq yalnız su qalır, bu da ətraf mühitin qorunması üçün daha münasibdir. Digər üstünlüyü onun daha yüksək enerji vermə əmsalıdır.

Hidrogenin nəqli olduqca çətin hesab olunur. Ancaq bəzi araşdırmalara görə hidrogen təbii qazla birlikdə borular vasitəsi ilə ötürülə bilər. Bu baxımdan Cənub Qaz Dəhlizi ilə gələcəkdə hidrogenin daşınması məsələsi də nəzərdən keçirilir.

//oxu.az

Son xəbərlər