Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "EVDƏ QAL" karantin rejimi geri qayıdır? - AÇIQLAMA

27.02.2021 15:50 3 071
Azərbaycanda
Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Belə ki, fevralın 26-da koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Yoluxmaların sayındakı artım bir çoxlarında karantin rejimində yenidən sərtləşmənin olması ehtimalını yaradır. Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramında insanların bir-birinin evinə bayramlaşmağa getməsinin və kütləvi toplaşmanın qarşısını almaq üçün yenidən "evdə qal" karantin rejiminin tətbiq ediləcəyi ilə bağlıdır. Azərbaycanda Novruz bayramına qədər "evdə qal" karantin rejimi tətbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artma dinamikası ilə davam etsə, Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi ehtimalı böyükdür:

"Artıq son bir neçə gündə yoluxanların sayı 220-yə çatıb. Yoluxanların sayındakı artım dinamikası davam etsə, "evdə qal" karantin rejiminə və "SMS-icazə" sisteminə geri qayıda bilərik. Son iki gündə yoluxma sayının çoxalması narahatedicidir. Yoluxma sayı artarsa, yenidən kafe və restoranlar bağalana bilər. Əllbəttə, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Onlar mövcud vəziyyəti analiz edərək, ona uyğun düzgün qərarı verəcəklər. Bundan əlavə, ölkməmizdə vaksinasiya da davam edir. Düşünürəm ki, hər şey insanların qaydalara məsuliyyətlə yanaşıb-yanaşmamasından asılı olacaq. Ümid edirəm ki, insanlar yumşalmalardan arxayın olmayacaqlar, çünki dünyada koronavirusun Britaniya ştammı da sürətlə yayılmaqdadır. Ona görə maskadan düzgün istifadə və qaydalara məsuliyyətlə yanaşmaq vacibdir".

Son xəbərlər