Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA

25.02.2021 18:50 1 479
Martın 15-dən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA
Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu artım bir çoxlarında yenidən sərtləşmə ehtimalı ilə bağlı fikirlər ortaya çıxarıb. Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramına kimi karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlıdır. Martın ikinci yarısından sonra Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, son iki günün koronavirusa yoluxanların statistikası ürəkaçan olmadı:

"Yoluxanların sayı sağalanlardan çox oldu. Ancaq vaksinasiya prosesi davam edir. Ümid edirik ki, vaksinasiya yoluxanların sayının artmasına imkan verməyəcək. 65 yaşdan yuxarı vətəndaşlarımız vaksinin iknci dozası da vurulub. Hazırda 50 yaşdan yuxarı insanların vaksinasiyasına başlanılıb. Ümid edək ki, gündəlik yoluxanların sayı azalmağa doğru getsin. Əgər yoluxanların sayı artmasa və stabil qalsa sərtləşmə olmayacaq. Ona görə də maskadan düzgün istifadə və qaydalara əməl etmək vacibdir. İnsanlarımız qaydalara əməl etməlidir ki, Novruz bayramına qədər yenidən sərtləşmələr olmasın".

Son xəbərlər