Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video | 13:22 Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb | 13:19 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı | 13:11 Peruda güclü zəlzələ oldu | 13:03 Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı | 22:54 Zirədə evlərdən oğurluq edən yeznə-qayın 5,5 il həbs edildi | 22:44 "Şərur İnşaat"ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır | 22:38 Dünyanın ən dadlı pendiri seçildi - Birinci yeri Fransa məhsulu tutdu |
Mojo.az Avto
Mojo.az Avto

Hotellərdə bəzi xidmətlərin yalnız rezervasiyası olan müştərilərə şamil edilməsinə səbəb nədir?

23.02.2021 17:09 1 488
Hotellərdə bəzi xidmətlərin yalnız rezervasiyası olan müştərilərə şamil edilməsinə səbəb nədir?
“Hotellərdə aparılan monitorinq proseslərinin nəticəsi olaraq ciddi nöqsanlara rast gəlinməyib. Qaydaları pozan hotellər cərimələnib, ümumilikdə isə vəziyyət qənaətbəxşdir”.

Bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov monitorinq tədbirlərinin nəticələri barədə məlumat verərkən deyib.

“İndiki məqamda daxili turizm imkanları yaranıb. İnsanlarımız regionlara səfərlər edirlər. Hotellərdəki doluluq faizi də artıb. Xüsusilə də, qış turizminə malik ərazilərdə insanların sayında artım müşahidə edilib. Ona görə də, idarəetmə ilə bağlı müəyyən dəyişikliklər edilib və bir çox xidmətlər yalnız hoteldə rezervasiyadan keçən qonaqlara təklif olunub. Çünki əks halda istirahət mərkəzlərində kütləvilik yaranır. Bu halda risklər ortaya çıxır və bu risklər gələcəkdə epidemioloji vəziyyətə də təsir göstərə bilər”.

O qeyd edib ki, həftə içi və həftəsonu ilə bağlı məhdudiyyətlər bir qədər fərqlənir. Hazırda isə həm Qəbələ şəhərində, həm də Qusarda yerləşən qış turizm obyektlərində müəyyən məhdudiyyətlər var. O cümlədən, “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində müvafiq məhdudiyyətlər qüvvədədir.

Xatırladaq ki, daha əvvəl Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.

Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə malik olan xizəkçilərin istifadə etməsi mümkündür.

Son xəbərlər