Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

“Caliber”in Abxaziyadan keçən dəmiryolu barədə təhlili - VİDEO

22.02.2021 20:18 2 631
“Caliber”in Abxaziyadan keçən dəmiryolu barədə təhlili - VİDEO
“Caliber” müstəqil jurnalist layihəsi “Youtube” kanalında növbəti videotəhlilini yerləşdirib.

Layihənin Abxaziyadan keçən dəmiryolu mövzusuna həsr edilmiş budəfəki təhlilində müəlliflər qeyd edirlər ki, təxminən bir həftə öncə qondarma Abxaziya Respublikası parlamenti Rusiya Dövlət Dumasına müraciət edərək, bu ölkə ilə Ermənistan arasında dəmiryolu əlaqəsinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

“Abxaziya separatçıları tərəfindən Moskvaya “rəsmi” sorğu göndərilib və bildirilib ki, qondarma respublika əhalisi arasında Ermənistanla dəmiryolu xəttinin açılışı tərəfdarlarının sayı günbəgün artmaqdadır. Biz istər Abxaziyada, istərsə də Ermənistanın özündə sözügedən layihə tərəfdarlarının artmasına zərrə qədər şübhə etmirik. Axı Ermənistan uzun illərdir, Rusiya ilə birbaşa dəmiryolu əlaqəsinə malik deyil. İki ölkəni əlaqələndirən və Gürcüstan ərazisindən keçən Yuxarı Lars yolu isə hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Odur ki, məsələ ilə bağlı Ermənistanın marağını anlamaq elə də çətin deyil. O ki qaldı Abxaziyaya, bu işğal olunmuş ərazi məhz belə layihələr hesabına öz legitimliyini təsdiq etmək istəyir”, - deyə videotəhlildə bildirilir.

Daha ətraflı “Caliber”in yeni videotəhlilində:скачать dle 11.3
Mojo.az Banner