Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:14 Bu il 75 üçəm doğulub | 22:05 Qanunsuz ovlanan nərə balıqları aşkarlandı | 22:00 Şənbə günü 21 dərəcə isti olacaq | 21:53 Mingəçevirdə həkim vəfat etdi | 21:48 Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO | 21:40 Milyonçu futbolçular açıqlandı | 21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” |
Mojo.az Avto
Mojo.az Avto

Qadağalara baxmayaraq Azərbaycan Rusiyaya pomidor ixracını artırıb

22.02.2021 19:32 1 920
Qadağalara baxmayaraq Azərbaycan Rusiyaya pomidor ixracını artırıb
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan pomidor idxalına qadağa qoymasına baxmayaraq ixrac həcmi 2019-cu illə müqayisədə nisbətən çox olub.

Bu məhsul növü üzrə ixracın 95,9 faizi Rusiyanın payına düşüb.

Belə ki, Azərbaycan 2020-ci il ərzində xaricə 187 539,4 ton tomat (pomidor məhsulu) ixrac edib və ixrac edilən məhsulun ümumi dəyəri 201 milyon 353,5 min dollar olub.

Ötən il Azərbaycandan Rusiyaya qadağalara baxmayaraq 179 884,7 ton həcmində təzə və soyudulmuş pomidor ixrac edilib və məhsulun ümumi dəyəri 197 milyon 414,1 min dolları təşkil edib.

Qeyd edək ki, ixrac həcmi əvvəlki illə müqayisədə 4,1 faiz, ixrac dəyəri isə 4,7 faiz çox olub.

Son xəbərlər