“Azəriqaz”dan qaz təchizatı ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |     11:40 “ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?  |     11:40 “iPhone”larda oyunlarla bağlı yenilik  |     11:38 Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO  |     11:37 Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən AÇIQLAMA - VİDEO  |     11:37 Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO  |     11:36 Gəncədə qəza: Üç nəfər yaralanıb  |     11:34 Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI - VİDEO  |     11:32 Dələduzlara aldanmayın: Asan yolla qazanc əldə etmək istədi, böyük məbləğdə pulunu İTİRDİ - VİDEO  |     11:26 “Sədərək” Ticarət Mərkəzində yanğın - VİDEO  |     11:24 Azərbaycanlı şoumen VƏFAT ETDİ  |     11:22 Bakıda Türkiyə vətəndaşı ölüb  |     23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |    

“Azəriqaz”dan qaz təchizatı ilə bağlı AÇIQLAMA

“Qaz təchizatının fasiləsiz həyata keçirilməsi nəzarətdə saxlanılır”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Dünəndən etibarən ölkədə hava şəraitinin kəskin şəkildə dəyişməsi və xüsusən də dağlıq rayonlarda şaxtalı havanın müşahidə olunması ilə bağlı bildirilib ki, “Azəriqaz” İB heç yerdə qaz təchizatında kəsilmələrin olmamasına çalışır:

“Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gəlib. Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub.

Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, tələbat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur”.

Qeyd edilib ki, qaz təchizatında hər hansı problemlə üzləşən abonentlər 104/185 saylı Çağrı Mərkəzinə, (+994 77) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, birliyin rəsmi “Facebook” səhifəsinə yaza bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 284 18.02.21 13:32