İşğaldan azad edilən ərazilərdə mədənlərin işlənməsi üzrə proqramlaşdırmalar aparılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

İşğaldan azad edilən ərazilərdə mədənlərin işlənməsi üzrə proqramlaşdırmalar aparılır

Daşkəsən Dəmir Filiz Sahəsi geoloji mürəkkəb elementlərə malik mədəndir. Bu mədənin dayanıqlı gəlir mənbəyi kimi formalaşdırılması üçün beynəlxalq standartlara uyğun dəyərləndirmələrin aparılması vacibdir.

Bunu “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Bu, sahədə düzgün tədqiqat işlərinin aparılması nəticəsində biz yerli tələbatımızı təmin etməklə yanaşı həm də bu sahədə ixracatçı ölkəyə çevrilə bilərik. Bir daha qeyd edim ki, bu proses hazırki tədqiqatların keyfiyyətli aparılmasından asılıdır”, - deyə o bildirib.

O işğaldan azad edilən ərazilərdəki mədənlərin işə salınması ilə bağlı görülən işlər barədə də məlumat verib:

“İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yaradılan İşçi Qrupları fəaliyyət göstərir.

Vahid strategiya çərçivəsində işğaldan azad edilən ərazilərimizin regionun ən inkişaf etmiş bölgəsinə çevrilməsi planlaşdırılır. Bu ərazilərdə mədənlərin işə salınması ölkə iqtisadiyyatının inkişafı və məşğulluq baxımından böyük töhfələr vermiş olacaq.

Biz İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə əməkdaşlıq edərək həmin ərazidəki yataqların planlı, sistemli və ən səmərəli şəkildə işə salınması üçün kəşfiyyat, tədqiqat və digər işlər üzrə proqramlaşdırmalar aparırıq.

Həmin mədənlərlə bağlı məlumatlar 1991-ci ilə qədər olan hesablamalar kəşfiyyat və tədqiqat işlərinin nəticələridir. Sözsüz ki, 30 il öncəki texnologiyalarla bu gün istifadə olunan texnologiyalar fərqlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 02.02.21 14:55