Azərbaycan Livana NOTA VERİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |    

Azərbaycan Livana NOTA VERİB

İkinci Qarabağ müharibəsi zamanı Livanda yaşayan yüzlərlə erməni Qarabağda Ermənistan tərəfindən döyüşüb. Hətta müharibə gedən ərəfədə “Reuters” agentliyi də digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağda döyüşmək üçün bölgəyə getdikləri haqda informasiya yayıb.

Livan ermənilərinin Qarabağda döyüşməsi ilə bağlı sənədləşdirilmiş faktlar da mövcuddur.

Bəs Azərbaycanın Livandakı səfirliyi faktlarla bağlı Livan hökumətinə etiraz notası veribmi?

Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov mövzu ilə bağlı Modern.az-a danışıb.

Səfir bildirib ki, məsələdən xəbər tutan kimi Livan hökumətinə etiraz notası yazıb:

“Dərhal məsələyə etirazımızı bildirmişik. Ancaq bu məsələdə Livan hökuməti ermənilərə heç nə edə bilmir. Hazırda Livanda 120 mindən çox erməni yaşayır. Livanda ikili vətəndaşlıq mövcud olduğundan burada yaşayan ermənilərin hamısının Ermənistan pasportu da var”.

Livandakı səfirimiz Livan ermənilərinin Qarabağda döyüşməsini qətiyyətlə pisləyib.

“Yerevan-Beyrut reysi var. Livanda yaşayan ermənilər həmin reyslə Ermənistan pasportu ilə birbaşa İrəvana uçurlar. Bəli, Vətən müharibəsi zamanı Livan erməniləri ikili vətəndaş kimi Qarabağda vuruşublar. Hətta onlar Ermənistan vətəndaşı olsalar da, Qarabağ Azərbaycan ərazisidir, gedib başqa dövlətdə vuruşmaları cinayətdir. İstənilən halda Livan ermənilərinin Qarabağda döyüşməsinə etiraz etmişik”,- səfir əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 170 25.01.21 17:14