Mojo.az Banner
15:21 Azərbaycanın dövlət borcu nə qədər olub?  |     14:51 Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?  |     13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |     12:10 Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"  |     11:49 Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama  |     11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |    
Left Banner
Right Banner

Deputat BNA-nı tənqid etdi: “Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənir”

21.01.2021 14:57 1 884
Deputat BNA-nı tənqid etdi: “Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Bakı Nəqliyyat Agentliyini (BNA) tənqid edib.

R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, BNA müsbət istiqamətdə bir neçə iş görüb, amma avtomobillərin dayanma-durması ilə əlaqədar yenə də böyük problemlər qalır.

“Bakının küçə və kvartallarında maşın saxlamaq müşkülə çevrilib. Çünki hər yerdə qadağalar mövcuddur. Qadağalarda isə maşını o ərazilərdə neçə dəqiqə saxlamaqla bağlı bir şey yazılmayıb. Sadəcə “olmaz”. Maşını o ərazilərdə saxlayan kimi BNA-nın işçiləri gəlib şəkli çəkirlər və 10 dəqiqə keçməmiş maşının sahibinə 20 manat cərimə olunması barədə mesaj gəlir”, - deyə deputat əlavə edib.

Deputat söyləyib ki, son bir ayda BNA-nın əməkdaşlarından başqa yol polislərinin eyni avtomobilin fotosunu çəkməsi də müşahidə edilir.

“Bu qədər şəkillər çəkilir, etirazım yoxdur. Elə sürücülər var ki, qaydaları pozurlar və onlar cəzasını almalıdır. Amma birinci olaraq şərait yaradılmalıdır ki, insanlar apteklərin, dükanların, bazarların qabağında rahat şəkildə avtomobillərini saxlayıb işlərini görsünlər. Bu məsələ bu günə qədər həll olunmayıb. Adamları qoyurlar ora, biri 50 qəpik alır, biri bir manat. Biri deyir BNA-nın işçisidir, biri deyir Bakı Şəhər İcra Hakimiyyətinin. Çek vermir və heç bir məsuliyyət daşımır. Biz xaricdə olanda görürük ki, orada istənilən şəhərdə xüsusi aparatlar var. Orada maşın saxlayan gəlib pulunu ödəyir və qəbzi alır, həmin qəbzi maşının qabaq şüşəsində yerləşdirir. Təklifim bundan ibarətdir ki, Bakının küçələrində eyni cür aparatlardan istifadə olunsun və insanlar maşın saxlamağa görə əziyyət çəkməsin. O qurğunun qiyməti olsun 500-700 dollar. Həmin cihazdan alıb quraşdırmaq lazımdır – çek də veriləcək və məsuliyyət də yaranacaq”, - deyən R.Quliyev onu da təklif edib ki, mərkəzdəki qiymətlər kənar ərazilərdə nisbətdə artıq olsun.

“Bu mexanizmi qurmaq nə böyük problemdir?! Bu, həm insanlara rahat olar, həm də büdcəyə pul gələr”, - deputat bildirib.

R.Quliyev xatırladıb ki, BNA-ya məktub yazıb və orada 7 sual qoyub. Üstündən 50 gün keçəndən sonra isə BNA deputatın müraciətinə cavab verir.

“Hiss edirəm ki, bu cavabların üzərində kifayət qədər güclü mütəxəssislər işləyib və çalışıblar ki, problemlərə qanuni don geyindirsinlər. Mən bir məsələni ciddi formada qoydum - BNA işçisi ilə sürücü münasibətləri nəyin əsasında tənzimlənir? Cavab yazılmışdı ki, həmin münasibətlər BNA-nın daxili təlimatları ilə tənzimlənir. Mən hüquqşünas deyiləm, iqtisadçıyam, polemikaya girmək istəmədim. Hiss edirəm ki, bəzi yerlərdə BNA dəyişiklik etmək istəyir, amma məsələ axıra çatdırılmır.

Mən isə yenə sualıma qayıdıram. Daxili təlimatlar həmin qurumun işçilərinə aiddir. Vətəndaşların hansısa qurumun işçisi ilə yaranan münasibətlərinin tənzimlənməsi isə fərqlidir. Bu sənədi ya Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləməlidir, ya da Nazirlər Kabinetinin xüsusi qərarı çıxmalıdır, ya da Milli Məclisin qəbul etdiyi qanun olmalıdır.

BNA mənə cavabının birində sürücülərin etiraz etməsinə şübhə ilə yanaşdığını bildirib. Açıb sosial şəbəkələrə baxmaq lazımdır, düzdür, sosial şəbəkələrdə bəzən düzgün olmayan məlumatlar da yayılır. Ancaq bu problemdən minlərlə insan şikayətlənir. BNA özü haqqında fikirləri görmək istəyirsə, sosial şəbəkələrə baxsın”.

Parlamentari təklif edib ki, problemlərin aradan qaldırılması üçün tezliklə addımlar atılmalıdır.

R.Quliyev deyib ki, hansısa deputat tənqidi fikir səsləndirəndə onun kimdənsə və ya hansısa qurumdan inciməyinə dair təsəvvür yaranmamalıdır:

“Bu, bizim problemlərin ümumi təzahürüdür. Hər şey qayda-qanunla, sivil qaydada tənzimlənməlidir. Bir çox küçələrdə kameralar quraşdırılıb, bunu alqışlayıram, insanların təhlükəsizliyi üçün vacibdir. Həmin kameralara baxaraq müəyyən edilməlidir ki, sürücü avtomobilini təyin olunan vaxtdan çox saxlayıb ya yox. Çox saxlayıbsa, cərimə yazılsın”.

Millət vəkili qeyd edib ki, onlarla deputat həmkarı onu dəstəkləyir.скачать dle 11.3
Mojo.az Banner