Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Ekspert: Bu fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır

19.01.2021 23:50 1 443
Ekspert: Bu fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır
"Bu gün bir çox ölkədə koronavirus infeksiyasına qarşı peyvənd vurulması prosesi başlayıb, təhsil prosesinin bərpa edilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan da istisna deyil və yaxın gələcəkdə Təhsil Nazirliyinin ənənəvi təhsil formasının bərpasını elan edəcəyini gözləyirik”.

Bu sözləri Media.Az-a açıqlamasında təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu proses birinci növbədə ibtidai sinif şagirdlərinə, birinci və dördüncü kurs tələbələrinə şamil ediləcək.

"Əlbəttə ki, hamını bir anda təhsilə cəlb etmək məqsədəuyğun deyil, proses mərhələli formada davam edəcək, çünki insanların bir yerə kütləvi toplanması arzuolunmaz nəticələrə səbəb ola bilər. Yenə deyirəm, ilk növbədə təhsil prosesi ibtidai siniflərdə (birinci, ikinci siniflərdə) bərpa olunmalıdır. İbtidai sinif şagirdləri üçün onlayn təhsil almaq çətindir, onlar tədris materialını dərk etməkdə çətinlik çəkirlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, onlar artıq 11 aydır ki, onlayn təhsil alır. Buna görə həm fiziki, həm də psixoloji cəhətdən ənənəvi təhsil formasına dərhal uyğunlaşmaq çətin olacaq. Beləliklə, tədris prosesinin tədricən bərpası ən yaxşı seçimdir”, - deyə təhsil eksperti qeyd edib.

K.Əsədovun sözlərinə görə, çətin ki, təhsil prosesi bərpa edildikdən dərhal sonra şagirdlər hər gün dərslərdə iştirak etsin.

"Çox güman ki, həftədə üç dəfə dərslər ənənəvi formada, qalan günlərdə isə onlayn keçiriləcək. Düşünürəm ki, buraxılmış dərslərin əvəzini çıxmaq üçün bədən tərbiyəsi, musiqi, dünya biliklərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır, bunlar onlayn formatda da həyata keçirilə bilər. Xarici dil, riyaziyyat, kimya kimi daha əhəmiyyətli fənlər isə ənənəvi şəkildə tədris olunmalıdır. Bunun üçün münasib bir tədris proqramının hazırlanması vacibdir”, - deyə K.Əsədov fikrini tamamlayıb.

Son xəbərlər