Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi şəxslərin Qarabağa qanunsuz səfər etmələri qəbuledilməzdir - Politoloq

13.01.2021 20:31 1 350
Rəsmi şəxslərin Qarabağa qanunsuz səfər etmələri qəbuledilməzdir - Politoloq
Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, xüsusilə də yüksək çinli rəsmi insanların Dağlıq Qarabağa səfər etmələri, üstəlik bunu nümayiş etdirmələri qəbul edilməzdir. Xüsusilə də, Ermənistanın yüksək çinli məmurlarının bu cür addımlar atması birmənalı qarşılanmır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman digər dövlətlər kimi buna əməl etməyə məcburdur.

Politoloqun fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, yəni nəqliyyat və iqtisadi sahələrdə hər hansı bir irəliləyişin olması üçün ilk növbədə Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və onun BMT tərəfindən təsbit olunmuş ərazi bütövlüyünü tanımalıdır. Başqa sözlə, Azərbaycanın de-fakto və de-yure Dağlıq Qarabağ üzərində hakimiyyəti bütün sahələrdə təsbit olunmalıdır.

F.Ələkbərli qeyd edib ki, Ermənistanın təxribatçı addımları ilə 10 noyabr bəyanatında öz əksini tapmış müddəaların gerçəkləşməsinin sual altında qalması baş verərsə, Azərbaycan da beynəlxalq hüquq müstəvisində öz haqq işini hərbi yolla davam etdirmək məcburiyyətində qalacaq:

"Azərbaycan noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanata ciddi şəkildə əməl etdiyi halda, Ermənistan tərəfi bir çox hallarda kənara çıxmalara yol verir. Xüsusilə də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirir, üstəlik, Azərbaycanın ərazi bütövlüyünü pozur və digər təxribatçı hallara yol verir. Azərbaycanın humanitar məsələlərlə bağlı bəzi proseslərə həssas davranmasından nə Ermənistan, nə də Rusiya sülhməramlıları sui-istifadə etməməlidirlər. Dağlıq Qarabağda baş verən hər bir şeydən Azərbaycan dövlətinin xəbəri olmalı və buna birgə nəzarət həyata keçirilməlidir. Ümid edirəm ki, Türkiyə və Rusiyanın birgə Monitorinq Mərkəzi bu məsələlərə nəzarəti tezliklə öz üzərinə götürüb Azərbaycan hökumətini məlumatlandıracaq".

Ekspert qeyd edib ki, Ermənistan ərazisindəki terror qruplaşmalarının Azərbaycan ərazisinə keçərək təxribat törətmələrinə görə Ermənistan və Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Əgər bu hallar tez-tez təkrarlansa, Azərbaycan dövləti beynəlxalq hüquqa əsasən müvafiq addımlar atmaq məcburiyyətində qalacaqdır:

"Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın öz ərazisində istənilən təxribatçılıq artıq terrorçuluq kimi qiymətləndirilir və ona görə hərəkət ediləcək. Bizcə, Ermənistan rəhbərliyi bundan ciddi nəticələr çıxarmalıdır. Əks təqdirdə, dəmir yumruq ermənilərin başı üstündən əksik olmayacaq. Yalnız Ermənistan deyil, onun açıq və gizli tərəfdarları bundan ciddi nəticələr çıxarmalıdır".

Son xəbərlər