Mojo.az Banner
21:05 Bakıda güclü külək fəsadlar törətdi: Binanın fasad örtüyü qoparaq maşınlara ziyan vurdu  |     20:56 Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: "Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı"  |     20:50 Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI  |     20:41 Azərbaycanın ən hündür binası olacaq - FOTO  |     20:36 Gürcüstanda hakimiyyətin qanuniliyini tanımayanlar cinayət məsuliyyətinə cəlb oluna bilər  |     20:29 Balaəlinin səhhətində problem yarandı  |     20:22 Bu səhv uşaqları yalançıya çevirə bilər - AÇIQLAMA  |     20:15 Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ  |     20:08 Sabunçuda 1260 metr rabitə kabeli oğurlanıb  |     20:01 Bakıda "Yaşıl Turizm" mövzusunda beynəlxalq konfrans keçiriləcək  |     19:55 Azərbaycan daha bir ölkədən ananas tədarük etməyə başlayıb  |     19:50 Göygöldə 40 yaşlı kişi qətlə yetirilib  |     19:41 Qusarda avtobus aşıb, xəsarət alanlar var  |     19:36 Azərbaycana ötən il Avropadan ən çox turist Böyük Britaniya, Ukrayna və Almaniyadan gəlib - ARAŞDIRMA  |     19:30 Bakıda atasını öldürməkdə təqsirləndirilən yeniyetmə qız tutulub  |     19:22 Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq  |     19:17 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     19:09 Azərbaycanda yanvarda 3 754 şəxsə pensiya təyin edilib  |     19:03 Nərimanov rayonunun ərazisində sursat aşkarlanıb - Video  |     18:57 Yunanıstanda miqrant qayığı gəmi ilə toqquşdu -15 nəfər öldü  |    
Left Banner
Right Banner

Azərbaycanda dəhşətli cinayət: Kişi baldızını qətlə yetirdi - RƏSMİ

13.01.2021 15:23 2 352
Azərbaycanda dəhşətli cinayət: Kişi baldızını qətlə yetirdi - RƏSMİ
Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəki rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3