Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar - FOTO

07.12.2020 20:39 1 743
Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar - FOTO
Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.

Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.


Son xəbərlər