Mojo.az Banner
22:02 Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)  |     21:57 Gəncədə 26 yaşlı gəncin meyiti tapıldı  |     21:49 Bəzi ərazilərdə qaz olmayacaq  |     21:44 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     21:36 Görüntüdəki şəxslər əsgərin nənə-babası deyil, valideynləri imiş – VİDEO  |     21:30 Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi  |     21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |     20:40 Kiberdələduzluq hallarına qarşı diqqətli olun!  |     20:35 Azərbaycan alma ixracından gəlirini 7 % artırıb  |     20:27 Sabah 38° isti olacaq  |     20:22 Simonyan ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi  |     20:14 Bu şəxslər vergi ödəməyəcək  |     20:09 Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən xəbər var  |     20:02 Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək  |     19:57 Prezidentin əfv fərmanından imtina edən qırğız səbəbi açıqladı  |    
Left Banner
Right Banner

Naxçıvan şəhidlərimizi qarşıladı (FOTO)

07.12.2020 21:30 1 617
Naxçıvan şəhidlərimizi qarşıladı (FOTO)
Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.

Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra "Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.

скачать dle 11.3
Mojo.az Banner